Deputatların verdiyi təkliflərdən iki müraciət milli təhlükəsizliyimizə zidd olduğu üçün baxılmayacaq.
Lent.az xəbər verir ki, bunu Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatını təqdimatı zamanı Baş nazir Əli Əsədov bildirib.
Baş nazir qeyd edib ki, ötən il Hökumətin hesabatı diqqətinizə təqdim edildikdən sonra ümumilikdə deputatlar tərəfindən müxtəlif məsələlər üzrə 151 müraciət daxil olub:
"O cümlədən 34-ü humanitar, 31-i iqtisadi, 23-ü sosial, 22-i nəqliyyat və yol infrastrukturu, 15-i tikinti, 14-ü kommunal, 5-i qanunvericilik, 4-ü təhlükəsizlik, 3-ü isə digər sahələrə aid olub. Bunlardan 57 müraciət üzrə qaldırılan məsələlər tam, 48 müraciət üzrə isə qismən icra edilmiş və yaxın zamanlarda icranın başa çatdırılması nəzərdə tutulub. Digər 46 məsələnin icrası istiqamətində işlər hazırda davam etdirilir. Onlardan 2-si milli təhlükəsizliyimizə zidd olduğu üçün baxılmayacaq".