"Bakı Nəqliyyat Agentliyi  qanunsuz cərimələr yığır"  - Deputat
13 may 2022 13:19 (UTC +04:00)

"Bakı Nəqliyyat Agentliyi qanunsuz cərimələr yığır" - Deputat

“Hərbçilərin pensiya məsələsi həllini tapmır”.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat icra hakimiyyətlərinin şəhid ailələrinə münasibətindən də şikayətlənib: “Bürokratik əngəllər var. Digər tərəfdən, pensiya yaşı Azərbaycanda birmənalı şəkildə azaldılmalıdır. Azərbaycanda vətəndaşların yaşam həddi 70 yaşı keçmir. Sağlamlıq problemləri orta ömrə ciddi şəkildə təsir etməkdədir. Biz yarımçıq qalan bu məsələləri həll etməliyik”.

Fazil Mustafa qanunsuz şəkildə cərimələr yığıldığınmı da deyib: "BNA yenə həmin cərimələri qanunsuz olaraq yığır. Maşın sürən hər bir şəxs bundan narazıdır".

# 2283
avatar

Oxşar yazılar