"Ağ Evin açarı” kimlərə təqdim olunub? - ADLAR
10 avqust 2025 11:26 (UTC +04:00)

"Ağ Evin açarı” kimlərə təqdim olunub? - ADLAR

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri zamanı Prezident Donald Tramp tərəfindən ona “Ağ Evin açarı” ( “Key to the White House”) rəmzi hədiyyə edildi.

Ağ Evin açarı”ı hansı rəmzi mənanı daşıyır?

“Ağ Evin açarı” (simvolik “Key to the White House”) adlanan hədiyyə simvolik rəmz daşıyır.

İlk dəfə Donald Tramp administrasiyası dövründə təqdim olunmağa başlayıb.

Amerika mediasında yazılana görə, Tramp açarı özü dizayn edib və yalnız “xüsusi qonaqlara” verildiyini vurğulayıb.

Açar simvolizm baxımından bir neçə əsas məna daşıyır. Bu hədiyyə sahibinə Ağ Ev-in “qapılarını” açmaq anlamı daşıyır.

Bu açar yalnız xüsusi və yaxın münasibətdə olan şəxslərə təqdim edilir.

Hədiyyə edilən şəxsə verilən bu açar, həm şəxsi, həm də simvolik olaraq onunla olan əlaqəyə və bu əlaqənin dəyərinə bir işarədir.

Trampdan əvvəl

6 avqust 1964-cü ildə ABŞ Prezidenti Harry S. Trumana Ağ Evin rəmzi açarı təqdim edilib.

Belə ki, 1948–1952-ci illərdə Ağ Ev böyük bərpa prosesindən keçmişdi. Bərpa işləri başa çatdıqdan sonra Truman 1952-ci ildə Ağ Evi tərk etmişdi, amma 1964-cü ildə orada keçirilən xüsusi tədbirdə ona rəmzi “Ağ Ev açarı” təqdim olunub.

Lakin 1964-cü ildə verilən açar daha çox tarixi və bərpa mərasimlərinə aid rəmz idi, şəxsi dostluq və ya VIP jestdən ifadə etmirdi.

Donald Tramp dövründəki “Ağ Evin qızıl açarı” isə daha müasir, şəxsi hörmət, dostluq simvolu kimi təqdim olunur.

Hədiyyə kimlərə təqdim olunub?

Tramp bu hədiyyəni çox nadir hallarda qonaqlarına təqdim edir.

Bu hədiyyə 16 sentyabr 2020-ci ildə İsrailin Baş naziri Benjamin Netanyahuya təqdim olunub.

24 aprel 2024-cü ildə Yaponiyanın keçmiş baş naziri Taro Aso da bu hədiyyəni alıb.

Milyarder Elon Maskla 31 May 2025-ci ildə Oval Ofisdə keçirilən vida mərasimi zamanı Donald Trump tərəfindən  ona da "Ağ Evin rəmzi açarı" təqdim olunub.

Azərbaycan Prezidentinə hədiyyə

Tramp 8 avqust 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevlə Oval Ofisdəki görüşündə ona "Ağ Evin açarı"nı təqdim edib.

Hədiyyəni təqdim edərkən Tramp bildirib ki,  o bu hədiyyəni tez-tez təqdim etmir: “Sizə daha bir hədiyyəm var. Bu Ağ Evin simvolik açarıdır. Mən bunu tez-tez təqdim etmirəm".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1580

Oxşar yazılar