Elmar Məmmədyarov Yaponiyalı qonaqları qəbul edib - FOTO
0
0
XİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, H.Tokunaqa Yaponiyanın xarici işlər naziri Takeaki Matsumoto-nun adından Azərbaycanlı həmkarına ünvanlanmış təşəkkür məktubunu təqdim edərək, Yaponiyada baş vermiş təbii fəlakətlə bağlı Azərbaycanın onun ölkəsinə həm mənəvi həm də maddi dəstəyini yüksək qiymətləndirdiyini söyləyib. O, Azərbaycan tərəfinin bu addımının iki ölkə arasındakı dostluq rəmzi kimi qiymətləndirib. Daha sonra yaponiyalı rəsmi ölkəsinin üzləşdiyi faciənin nəticələrinin aradan qaldırılması istiqamətində görülən bərpa işləri barədə məlumat verib.
Nazir E.Məmmədyarov Yaponiya xalqının ağır günlərdən keçdiyini qeyd edərək, bərpa müddətinin tezliklə bitməsinə ümid etdiyini və Azərbaycanın bundan sonra da Yaponiyaya yardım göstərməyə hazır olduğunu vurğulayıb. Nazir E.Məmmədyarov Azərbaycanın evsiz-eşiksiz insanların acısını dərk etdiyini və paylaşdığını qeyd edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzü və apardığı etnik təmizləmə siyasəti nəticəsində ölkəmizdə də 1 milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu bildirib.
Görüş zamanı ikitərəfli münasibətlərin inkişafının, siyasi, iqtisadi və enerji kimi sahələrdə dialoqun davam etdirilməsinin vacibliyi qeyd edilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.