Vilayət Quliyev Macarıstan Parlamentinin sədri ilə görüşüb
06 may 2011 16:41 (UTC +04:00)

Vilayət Quliyev Macarıstan Parlamentinin sədri ilə görüşüb

0
Lent.az-ın məlumatına görə, görüş zamanı iki ölkə arasındakı siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın bir sıra aspektləri ətrafında fikir mübadiləsi aparılıb, parlamentlərarası əlaqələrinin mövcud vəziyyətinə və daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib.


Vilayət Quliyev Macarıstan Parlamentinin sədrinə regiondakı vəziyyət, Ermənistanın Azərbaycana təcavüzü və bunun nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri haqqında danışıb. O bildirib ki, Azərbaycan tərəfinin və dünya birliyinin bütün səylərinə baxmayaraq, ərazilərimizin 20 faizinin hələ də işğal altında qalır, etnik təmizləmə nəticəsində bu ərazilərdən çıxarılmış bir milyona yaxın azərbaycanlının məcburi köçkün həyatı yaşayır. Münaqişənin dinc yolla həlli istiqamətində Azərbaycan rəhbərliyinin səyləri haqqında da Laslo Koverə məlumat verib. Vilayət Quliyev erməni silahlı qüvvələrinin həyata keçirdiyi işğal aktı və Azərbaycan xalqına qarşı törədilmiş soyqırım cinayəti ilə bağlı macar Parlamentinin bir qrup deputatı tərəfindən irəli sürülən və hazırda parlamentdaxili müzakirə proseduralarından keçən qətnamə layihəsinə də toxunub. O, bu qətnamə layihəsini son nəticədən asılı olmayaraq, macar cəmiyyətinin və parlament dairələrinin münaqişə ilə bağlı həqiqət axtarışları və düzgün yanaşma örnəyi kimi yüksək dəyərləndirib.


Görüşdə Macarıstan və Azərbaycan parlamenti rəhbərliyinin, komitə və dostluq qrupu rəhbərlərinin qarşılıqlı səfərlərinin təşkili, hər iki tərəfdən dostluq qruplarının fəaliyyətinin daha da intensivləşdirilməsi ilə bağlı məsələlər də müzakirə edilibr. May ayının ortalarında Gürcüstan və Ermənistana edəcəyi səfərə də aydınlıq gətirən Laslo Köver 2008-ci ildə Macarıstan parlamentinin sədri Katalin Silinin yalnız Azərbaycana səfər etdiyini, Milli Məclis sədrinin Macarıstana dəvət olunduğunu xatırladıb. O, yaxın zamanlarda respublikamıza səfər etməyə hazır olduğunu da bildirib. Laslo Kover bütün sahələrdə Macarıstan-Azərbaycan əlaqələrinin inkişafı üçün geniş imkanlar açıldığını, ölkənin ali qanunverici orqanının rəhbəri kimi iki ölkə arasında əməkdaşlığın strateji xarakter almasına rəhbərlik etdiyi qurumun töhfə verməyə hazır olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 601

Oxşar yazılar