Erməni ordusunun rəhbərlərini burada yetişdiriblər - ARAŞDIRMA
Keçmiş sovet ölkələrinin bir çoxunun tanınmış hərbi rəhbərləri Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarıdır
Bu ilin noyabr-dekabr aylarında Azərbaycanın iki hərbi təhsil müəssisəsinin – Azərbaycan Ali Hərbi Məktəbi (AAHM) və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin (AAHDM) yaranmasının 70 ili tamam olur. 1939-cu ildə yaradılmış hər iki məktəb nəinki Azərbaycan, eləcə də keçmiş SSRİ-də böyük nüfuza malik olub, məzunları keçmiş sovet ordusunda müxtəlif vəzifələrə yüksəliblər. Bu gün də postsovet ölkələrinin bir çoxunun Silahlı Qüvvələrinin rəhbərliyində Azərbaycanın adı çəkilən məktəblərinin məzunları yüksək vəzifələrdə çalışırlar.
70 yaşlı məktəb
1939-cu ildə SSRİ xalq müdafiə komissarının əmri əsasında yaradılmış Bakı Piyada Məktəbi ilk günlər qarşılaşdığı böyük çətinliklərə baxmayaraq, ordu üçün ixtisaslı zabit kadrlar hazırlamağa nail olub. 1940-cı il yanvarın 1-dən tədris proqramına başlayan məktəb həmin ilin martından iki illik hazırlanma proqramına keçib. İlk illərdə məktəbdə 3 ixtisas üzrə - atıcı tağım, pulemyotçu tağım və minomyotçu tağım komandirləri hazırlanıb. Məktəbin məzunlarından 22 nəfər, o cümlədən 3 nəfər azərbaycanlı (Həzi Aslanov, Ziya Bünyadov və Aslan Vəzirov) İkinci Dünya Müharibəsində göstərdikləri igidliklərə görə Sovet İttifaqı Qəhrəmanı adını alıb.
Məktəbin məzunlarından 1 nəfər – Viktor Kulikov sonradan Sovet ordusunun marşalı olub.
1958-ci ilin ortalarında məktəbin adı dəyişilərək Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi adlanıb. 1992-ci ilin aprelində Azərbaycan hökumətinin tabeliinə keçən məktəbdə həmin ilin dekabrında ümumqoşun fakultəsinin birinci kursunun şəxsi heyətindən ibarət tabur yaradılaraq Ağdam bölgəsinə göndərilib. Kursantlar heç bir itkisiz döyüş tapşırığını yerinə yetirib. 1993-cü ilin fevralında ümumqoşun fakultəsinin ikinci kursundan 72 nəfərdən ibarət yaradılmış bölük Ağdərə bölgəsində döyüş tapşırıqları yerinə yetirib. Döyüşlərdə kursantlardan 8 nəfər həlak olub, 5 nəfər isə itkin düşüb. Məktəbin məzunlarından Fəxrəddin Cəbrayılov, Eldar Ağayev, Şikar Şikarov, Rasim İbrahimov, Əfqan Hüseynov, Kərim Kərimov Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunub.
Ölkələrinin qəhrəmanları olan AAHM məzunları
Sovet dövründə həm AAHM, həm də AAHDM-də (keçmiş Xəzər Hərbi Dənizçilik Məktəbi) keçmiş Varşava paktı ölkələrindən, habelə digər sosialist ölkələrdən kursantlar təhsil alıb. Bu kursantlardan bəziləri sonradan öz ölkələrində müxtəlif yüksək vəzifələrdə çalışıblar. Bəziləri isə ölkələrinin ali rütbələri və ən yüksək fəxri adları ilə təltif olunublar. Lent.az-ın Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi məzunları Birliyinə istinadən verdiyi məlumata görə, sonradan çörəyini yediyi Azərbaycana qarşı döyüşlərdə “aktivlik” göstərmiş Ermənistan ordusunun general-mayoru Valeri Qriqoryan “Ermənistan Qəhrəmanı” adı ilə təltif edilib. Vaxtı ilə AAHM-in məzunu olmuş 4 nəfər – mayor İqor Kornienko, polkovnik Vladimir Nedobejkin (məşhur “Çistilişe” filmindəki zabitin həyatdakı prototipi), polkovnik Aleksandr Çernov və polkovnik Vasili Çubenko “Rusiya Federasiyası Qəhrəmanı” adına layiq görülüblər.
Bu gün Rusiyada AAHM-in AAHDM-in məzunu olmuş şəxslərə müxtəlif vəzifələrdə rastlaşmaq olur. Kareliya Respublikasında məhkəmə nəzarəti idarəsinin rəisi polkovnik Yuri Dzyuba, Rusiya Quru Qoşunlarının keçmiş komandanı, Qaraçay-Çərkəz Respublikasının sabiq prezidenti, ordu generalı Vladimir Semyenov, Rusiya Quru Qoşunları baş qərargahının sabiq rəis müasini general-leytenant Vyaçeslav Suslov, 1982-84-cü illərdə Əfqanıstandakı sovet qoşunlarının komandanı, general-leytenant Vladimir Neverov, Rusiya Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi, general-leytenant Aleksandr Pavlovski, hazırda Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığı baş idarəsinin rəisi, Rusiya Federasiyası Qəhrəmanı kontr-admiral Sergey Kuzmin, Rusiya Sərhəd Qoşunları Sahil Mühafizə departamentinin rəisi Vyaçeslav Serjanin, vitse-admiral Sergey Menyaylo, “Donskoy” şirkətinin rəhbəri Aleksey Efentyev (Çistilişe filmindəki “Gürzə”nin prototipi) və s. təhsillərini Bakıda alıblar.
Hazırda Latviya Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsində çalışan I dərəcəli kapitan Aleksandrs Pavlovics də Bakıda oxuyub. O, AAHDM-in tələbəsi olub.
Ukrayna Silahlı Qüvvələrində son illərədək xidmət etmiş 2 general – general-mayor Oleq Babiç və general-mayor İqor Ploskonos da Bakı tələbəsi olub.
AAHM-in başqa bir məzunu, Adam Çaplevski Polşa Silahlı Qüvvələrində diviziya generalı rütbəsinədək yüksəlib.
Milli ordunun milli zabitləri
Hər iki hərbi məktəbin məzunları müasir Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında mühüm rol oynayıb və hazırda bu təhsil ocaqları regionda ən nüfuzlu hərbi məktəblərdən sayılır. AAHM və AAHDM-də bu gün Qazaxıstan, Qırğızıstan və s. ölkələrdən kursantlar təhsil alır.
Bu gün Azərbaycan Silahlı Qüvvələrində xidmət edən general və admiralların əksəriyyəti AAHM və AAHDM-in yetirmələridir. Onları aşağıdakılar kimi sıralamaq olar: Müdafiə naziri general-polkovnik Səfər Əbiyev, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov, Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov, DSX rəisi general-leytenant Elçin Quliyev, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov, prezidentin hərbi məsələlər üzrə köməkçisi, general-leytenant Vahid Əliyev, general-leytenantlar Yaşar Aydəmirov, Kərim Vəliyev, Kərəm Mustafayev, Talıb Məmmədov, general mayorlar Fikrət Məmmədov (dünyasın dəyişib), Çingiz Şəfiyev, Eyvaz Cəfərov, Nəcəf Qəmbərov, Heydər Priyev, Nizam Osmanov, Şamo Abdullayev, Altay Mehdiyev, və b.
Baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov sovet dövründə (1979-cu il) AAHM-i qızıl medalla bitirmiş azsaylı azərbaycanlı məzunlardan biri olub.
Erməni ordusunu “AAHM məzunları” idarə edir
Təəssüf olsa da deməliyik ki, bu gün düşmən Ermənistanın ordu rəhbərliyindəki kadrların da əksəriyyəti AAHM-in “yetirmələridir”. Ermənistanın indiki müdafiə naziri və separatçı “Qarabağ ordusunun” bəzi yüksək rütbəli zabitləri də daxil olmaqla, əksər yüksək rütbəli zabitləri bir vaxtlar bu məktəbin məzunu olublar. Sonradan tarixi ənənələrinə “sadiq qalaraq” erməniliklərini büruzə verən bu insanlar öz tələbə yoldaşlarına belə silah qaldırmaqdan çəkinməyiblər.
Ermənistanın müdafiə naziri, general-polkovnik Seyran Ohanyan (1983-cü il də daxil olub) AAHM-i bitirib. Ermənistan Silahlı Qüvvələri Baş İnspeksiyasının rəisi general-polkovnik Mikail Arutunyan (1967), Ermənistanın hərbi komissarı general-mayor Kamo Koçunyan, beşinci ordu korpusunun komandiri, general-mayor Valeri Qriqoryan, birinci ordu korpusunun komandiri, general-mayor Yuri Martirosyan, general-mayor Qaregin Qabrielyan və general-mayor Arkadi Ter-Tadevosyan (Komandos) və s. onlarla yüksək rütbəli hərbçi Azərbaycanda təhsil alıb.
Rəşad Süleymanov

2012