ABŞ səfiri Tovuzun sərhəd kəndlərində olub
Səfir qədim Göytəpə yaşayış məskəni ilə bağlı aparılan arxeoloji araşdırmalarla tanış olub
ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi iki gündür Tovuzda səfərdədir. Bu gün səfir ilk olaraq rayonda fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə görüş keçirib. Görüşdə Amerikalı diplomat təşkilatların, xüsusən də gənclər təşkilatlarının işi ilə maraqlanıb, onların həyata keçirdiyi layihələrlə tanış olub. Gənclərin cəmiyyət həyatında aktiv iştirakını dəstəklədiyini diqqətə çatdırıb.
Sonra xanım Ann Dersi Tovuzun sərhəd kəndlərinə yollanıb. Səfir 3 sərhəd kəndində olub. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, rayon İcra Hakimiyyəti nümayəndələrinin müşayiəti ilə Əlibəyli, Hacallı və Ağdam kəndlərində olan ABŞ səfiri əhalinin yaşam şəraiti ilə yaxından maraqlanıb, sakinlərlə söhbət aparıb. Söhbət zamanı kənd sakinləri səfirə erməni silahlı qüvvələrinin atəşkəsi mütamadi olaraq pozması, bunun da gündəlik həyatda bir çox problemlər yaratması, əkin-biçinə maniə törətməsi, düşmənin evləri atəşə məruz qoyaraq ilə qoca və uşaqların həyatını təhlükəyə atması barədə məlumat verib.
Əhali ilə görüşdən sonra ABŞ səfiri Aşağı Quşçu kəndində əsrlər öncə mövcud olmuş Göytəpə yaşayış məskəni ilə bağlı aparılan arxeoloji qazıntılarla da tanış olub. Neolit dövrünə aid qədim yaşayış məskəninin qalıqları ABŞ səfirinin marağına səbəb olub.
Xatırladaq ki, iyunun 23-də ABŞ səfiri Ann Dersi rayon İcra Hakimiyyətində, Ozan Aşıq Sənət Muzeyində və “Tovuz-Baltiya” LTD şirkətində olub.
Vüsalə Cənnətova

641