
Ukrayna prezidentinin qardaşı azərbaycanlıların tədbirinə gəldi
Ukraynanın paytaxtı Kiyev şəhərində Dünya Azərbaycanlıları Konqresinin (DAK) Ukrayna nümayəndəliyinin təsis konfransı keçirilib. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yığıncaqda DAK həmsədri Sabir Rüstəmxanlı, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə və DAK İdarə Heyətinin üzvləri - Rəhman Abbasov, Tahir Hacıyev, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Akif Gülməmmədov, Ukrayna prezidenti Viktor Yuşenkonun qardaşı, Ali Radanın üzvü Petro Andreyeviç Yuşenko, Ukraynanın tanınmış şairi İvan Dreç, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, Azərbaycan-Ukrayna Qadınlar Birliyinin rəhbərliyi, Ukrayna-Türkiyə İş adamları Birliyinin nümayəndələri, GUAM Jurnalistlər Birliyinin təmsilçiləri, Ukraynada yaşayan və fəaliyyət göstərən azərbaycanlı ziyalılar, Ukraynanın müxtəlif dövlət orqanlarında çalışan soydaşlarımız, Vilayət Məclislərinin üzvləri olan azərbaycanlılar, yerli KİV nümayəndələri qatılıblar. Konfransı Ukraynada yaşayan və fəaliyyət göstərən soydaşımız Fərhad Turanlı aparıb. Yığıncaqda DAK həmsədri Sabir Rüstəmxanlı, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə, DAK İdarə Heyətinin üzvü Rəhman Abbasov, UAK sədri Akif Gülməmmədov, Ukrayna prezidenti Viktor Yuşenkonun qardaşı, Ali Radanın üzvü Petro Andreyeviç Yuşenko, Ukraynanın tanınmış şairi İvan Dreç çıxış ediblər. Konfransın yekununda Ukraynada yaşayan və fəaliyyət göstərən soydaşımız Möhlət Hüseynov DAK-ın Ukrayna nümayəndəliyinin sədri seçilib.
Pərvin ABBASOV
Pərvin ABBASOV
Oxşar yazılar

Erməni hərbçilər mülki şəxsləri mühasirəyə salıb məhv etdilər - Arayikin MƏHKƏMƏSİ
12 may 2025 , 16:06
Öcalan ölümdən qurtulanda da, PKK ləğv ediləndə də ağlayan analar
12 may 2025 , 12:50
Prezident Ağdamdan səmimi görüntülər paylaşdı
10 may 2025 , 20:10
Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunub
10 may 2025 , 16:35
Ermənistanın Hindistana verdiyi dezinformasiya dəstəyi ifşa olundu
10 may 2025 , 14:26
XİN-dən Aktaudakı təyyarə qəzası ilə bağlı AÇIQLAMA
10 may 2025 , 12:03
Ermənilər ordumuzu atəşə tutdu
10 may 2025 , 11:33