Bernar Fasie Bakıdadır
ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Bernar Fasie Bakıya gəlib.
APA-nın xəbərinə görə, fransalı diplomat Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında Bakıya Tiflisdən gəldiyini, ondan əvvəl isə İrəvanda olduğunu deyib.
B. Fasie İrəvanda Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşdüyünü bildirib: “Aparılan danışıqların detallarını açıqlaya bilmirəm. Amma proses ciddi şəkildə davam edir”.
Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyini bildirən B. Fasie daha ətraflı həmin görüşdən sonra məlumat verəcəyini söyləyib. Fransalı həmsədr sabah Bakıdan gedəcəyini desə də, buradan hara yola düşəcəyinin hələ dəqiq bəlli olmadığını qeyd edib: “Ya Parisə, ya da Ankaraya gedəcəyəm. Ola bilsin ki, Ankaraya gedib, orada məsləhətləşmələr aparım”.
“İyunda Sankt-Peterburqda keçiriləcək sammitdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ola bilərmi” sualına cavabında B. Fasie bunun ölkə başçılarından asılı olduğunu deyib.

Oxşar yazılar

İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35