Bernar Fasienin bölgəyə səfəri başlayıb
Minsk Qrupunun fransalı həmsədri Bernar Fasienin bölgəyə səfəri başlayıb.
APA-nın “Armenia Today” və “Panarmenian” saytlarına istinadən verdiyi məlumata görə, səfərinə Ermənistandan başlayan B. Fasie bu gün prezident Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək. Daha sonra o, Gürcüstan, Azərbaycan və Türkiyədə olacaq. Ay yarım ərzində dördüncü dəfədir bölgəyə gəldiyini deyən fransalı diplomat bildirib ki, səfərdə məqsəd Qafqazda yaranmış vəziyyətlə bağlı bölgə ölkələrinin rəhbərləri ilə məsləhətləşmə aparmaqdır.
O, Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşünün nəticələrini şərh etmək istəməyib, eyni zamanda münaqişə tərəflərinin daha çox qarşılıqlı anlayış göstərəcəyinə ümid bəslədiyini söyləyib: “Ümumi vəziyyət elə də pis deyil, amma daha yaxşı ola bilərdi”.
Qeyd edək ki, B. Fasiedən sonra ATƏT-in amerikalı həmsədri Metyu Brayzanın da regiona səfəri gözlənilir.

623