“Bütün namizədlərə bərabər şərait yaradılıb”
04 noyabr 2010 12:12 (UTC +04:00)

“Bütün namizədlərə bərabər şərait yaradılıb”

APA-nın xəbərinə görə, bunu BMT İnkişaf Proqramının “Millətlərin həqiqi sərvəti: İnsan inkişafına aparan yollar” adlı 2010-cu il İnsan İnkişafı Hesabatının təqdimatı mərasimində çıxışında Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev deyib.

“Biz üzərimizə düşən öhdəlikləri yerinə yetiririk. Bütün namizədlərin bərabər şərtlərlə mübarizə aparması təmin edilib, azad mühit yaradılıb. Məntəqələrdə qurulan 500 veb-kamera seçkilərin şəffaflığını təmin edir. Seçkilərin demokratik keçirilməsində mətbuatın qərəzsiz mövqeyi də rol oynayacaq”, - deyə PA rəhbəri qeyd edib.
# 605

Oxşar yazılar