Bakı Apelyasiya Məhkəməsi “Qarabağ” Blokunun namizədinin qeydə alınması barədə qərar çıxarıb
03 noyabr 2010 15:00 (UTC +04:00)

Bakı Apelyasiya Məhkəməsi “Qarabağ” Blokunun namizədinin qeydə alınması barədə qərar çıxarıb

Dünən Bakı Apelyasiya Məhkəməsi Ali Məhkəmənin qərarı əsasında “Qarabağ” Blokunun 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədi İxtiyar Əliş oğlu Abdalovun namizədliyinin qeydə alınması və qanunu pozan şəxslərin cəzalandırılması ilə bağlı şikayətinə yenidən baxıb.

Ümid Partiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məhkəmə iddianı qismən təmin edib.

Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən, İxtiyar Əliş oğlu Abdalovun namizədliyinin qeydə alınmasının icrası Mərkəzi Seçki Komissiyasının (MSK) üzərinə qoyulub.

MSK-nın bugünkü iclasında bu məsələyə baxılması gözlənilir.
# 507

Oxşar yazılar