Fuad Qəhrəmanlı təhqirlərinə görə məhkəməyə verildi
03 noyabr 2010 13:14 (UTC +04:00)

Fuad Qəhrəmanlı təhqirlərinə görə məhkəməyə verildi

APA-nın xəbərinə görə, hər iki iddiaçı 30 oktyabr 2010-cu il tarixdə İctimai Televiziya vasitəsilə nümayiş etdirilən parlament seçkilərində qeydə alınmış namizədlər üçün seçkiqabağı ödənişsiz efir vaxtı F. Qəhrəmanlı tərəfindən şərəf və ləyaqətlərinin təhqir edildiyini göstərib.

Hafiz Hacyevin sədri olduğu Müasir Müsavat Partiyasından APA-ya bildirilib ki, iddia ərizəsi Yasamal rayon Məhkəməsinə noyabrın 2-də təqdim olunub.

Hüseynbala Mirələmov da APA-ya açıqlamasına faktı təsdiqləyib: “Noyabrın 2-də Yasamal rayon Məhkəməsinə müraciət etmişəm”.

Xatırladaq ki, oktyabrın 30-da İctimai Televiziya vasitəsilə nümayiş etdirilən parlament seçkilərində qeydə alınmış namizədlər üçün seçkiqabağı ödənişsiz efir vaxtında AXCP sədrinin müavini F. Qəhrəmanlı H. Hacıyev və Ə. Abıyevin ünvanına təhqiramiz sözlər deyib. Bu zaman studiyada olan H. Mirələmovun etirazı ilə onunla F. Qəhrəmanlı arasında qalmaqal yaşanıb.
# 1057

Oxşar yazılar