Prezident İlham Əliyev Türkiyənin müdafiə nazirini qəbul edib
02 noyabr 2010 20:14 (UTC +04:00)

Prezident İlham Əliyev Türkiyənin müdafiə nazirini qəbul edib

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün sahələrdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf etdiyini vurğulayıb.
Türkiyənin milli müdafiə naziri Vecdi Gönülün rəhbərliyi ilə böyük nümayəndə heyətinin ölkəmizə səfərinə toxunan Prezident İlham Əliyev səfər zamanı bu sahədə əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılacağına ümidvar olduğunu deyib.

Dövlət başçısı Azərbaycan ilə Türkiyə arasında müdafiə sahəsində əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirib.

Vecdi Gönül Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. O, Türkiyə ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığın daim dərinləşdiyini vurğulayaraq bu sahədə əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Dövlət başçısı Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib və onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.
# 498

Oxşar yazılar