Türkiyə müdafiə naziri Bakıdadır
02 noyabr 2010 15:21 (UTC +04:00)

Türkiyə müdafiə naziri Bakıdadır

APA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı azərbaycanlı həmkarı Səfər Əbiyev qarşılayıb.

Səfər çərçivəsində Türkiyə müdafiə nazirinin ilk olaraq Azərbaycan prezidenti İlham Əliyevlə görüşü nəzərdə tutulur. İki gün davam edəcək səfər çərçivəsində türkiyəli nazir baş nazir Artur Rəsizadə, müdafiə naziri Səfər Əbiyev və müdafiə sənayesi naziri Yavər Camalovla da görüşəcək. V. Könül Müdafiə Sənayesi Nazirliyinin bir neçə hərbi müəssisəsinə də baş çəkərək orada istehsal olunan məhsullarla tanış olacaq.
# 625

Oxşar yazılar