Milli Məclisə seçkiləri 991 beynəlxalq müşahidəçi izləyəcək
30 oktyabr 2010 18:41 (UTC +04:00)

Milli Məclisə seçkiləri 991 beynəlxalq müşahidəçi izləyəcək

APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bugünkü iclasında məlumat verib.

Qeyd olunub ki, indiyə qədər Azərbaycanda 125 seçki dairəsi üzrə müşahidə aparmaq istəyən 991 beynəlxalq müşahidəçi qeydə alınıb. Ölkə üzrə seçkiləri müşahidə etmək üçün 3400 nəfərdən artıq şəxs MSK-da qeydiyyatdan keçib. Dairələr üzrə seçkiləri müşahidə etmək üçün isə 20802 nəfər qeydə alınıb.

M. Pənahov bildirib ki, parlament seçkilərini 42 ölkə üzrə müşahidəçi izləyəcək. 11 xarici KİV nümayəndəsi isə seçkiləri işıqlandırmaq üçün MSK-da qeydiyyatdan keçib.
# 578

Oxşar yazılar