Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
30 oktyabr 2010 18:39 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

APA-nın məlumatına görə, əvvəlcə MSK-nın 30 oktyabr 2010-cu il tarixli iclasının protokolu təsdiqlənib. Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar fərdi namizədlərdən, blok və partiyalardan namizədliyini irəli sürən şəxslərin müraciətlərinə də baxılaraq, müvafiq qərarlar qəbul olunub.

MSK-nın iclasında seçki günü məntəqələrdə “veb-kamera”ların tətbiq olunması, apellyasiya məhkəmələrinin qətnamələrinin icrası və namizədlərin səlahiyyətli nümayəndələrinin qeydiyyata alınması barədə müvafiq qərarlar qəbul edilib. Belə ki, Bakı Apellasiya Məhkəməsinin qərarına əsasən 4 nəfərin namizədliyinin qeydə alınması barədə qətnamə MSK tərəfindən icra olunub.

İclasda 29 saylı Səbayel ikinci seçki dairəsindən “AXCP-Müsavat” blokunun deputatlığa namizədi Həsən Kərimovun seçicilərlə görüşü ilə əlaqədar rayon icra strukturu arasında yaranan problem barədə MSK-ya ünvanladığı müraciət müzakirə mövzusu olub. MSK şikayəti baxılması üçün müvafiq dairə seçki komissiyasına göndərilib.

MSK sədri Məzahir Pənahov, polisin seçki prosesində fəaliyyətindən danışıb. O bildirib ki, hüquq-mühafizə orqanları asayişin qorunmasına məsuliyyət daşıdığından namizədlərin seçicilərlə görüşləri zamanı toplantı yerlərində olmaları müdaxilə sayıla bilməz.
Məzahir Pənahov bildirib ki, bəzi namizədlər müraciətlərin DSK-lara göndərilməsini məsələsini də başqa cür dəyərləndirir: “Burada mənfi heç bir məqam yoxdur və bu qanunun tələbidir”.
# 428

Oxşar yazılar