
Vaqif Sadıxov İtaliyaya səfir təyin olunub
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Vaqif Sadıqov Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Qeyd edək ki, Vaqif İsmayıl oğlu Sadıqov 1956-cı il noyabrın 2-də Bakı şəhərində anadan olub. 1978 - SSRİ-nin 50-illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (APXDİ) ingilis dili fakültəsini bitirib, filoloji elmlər namizədidir. 1992-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar idarəsinin 1-ci katibi, 1993 - 1995 - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin hərbi-siyasi məsələlər üzrə şöbənin müdiri, 1995- 2004-cü illərdə Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri, eləcə də BMT-nin Vyana Bölməsi, BMT-nin Sənaye İnkişafı Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi, 1998 - 2004 - Nüvə Sınaqların Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilat yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi, 2001 - 2004 - Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi vəzifələrində çalışıb. 2004-cü ildən Azərbaycan xarici işlər nazirinin müavini vəzifəsində çalışıb.
Oxşar yazılar

Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45