Azərbaycanlı alim İran səfirinin ittihamları ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət edib
29 oktyabr 2010 18:23 (UTC +04:00)

Azərbaycanlı alim İran səfirinin ittihamları ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət edib

Bu barədə APA-ya məlumat verən Rəşid Əliyevin sözlərinə görə, İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Bagır Bəhrami bir neçə gün əvvəl mətbuata açıqlama verərək onu həbslə hədələyib. Səfirin açıqlamasından ciddi narahatlıq keçirdiyini qeyd edən R. Əliyev məsələ ilə Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət etdiyini bildirib: “İnanıram ki, Azərbaycan hökuməti İran səfirinin açıqlamasına ciddi reaksiya verəcək və lazımi tədbirlər görəcək”.

Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Məhəmməd Bagır Bəhrami bir müddət əvvəl İranda həbsdən azad edilmiş Azərbaycan alimi Rəşid Əliyevin açıqlamalarına münasibət bildirərkən onun həqiqətləri təhrif etdiyini bildirib. R. Əliyevin İran qanunlarına uyğun olaraq casusluqda ittiham olunaraq həbs edildiyini vurğulayan Məhəmməd Bagır Bəhrami onun əfv olunduğunu deyib: “ Rəşid Əliyevin işi bizim məhkəmədə hələ bitməyib. Sadəcə olaraq İran xoş niyyət göstərmək üçün onu azad edib. Hər halda mən ümid edirəm ki, tezliklə bu şəxs hər iki ölkənin düşmənlərinin təsiri altından çıxacaq. Əks halda biz Azərbaycanın aidiyyəti orqanları ilə birlikdə lazımı tədbirləri görəcəyik”.
# 574

Oxşar yazılar