Prezident İlham Əliyev Türkiyə prezidenti Abdulla Gülü təbrik edib
29 oktyabr 2010 18:20 (UTC +04:00)

Prezident İlham Əliyev Türkiyə prezidenti Abdulla Gülü təbrik edib

Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısı Abdullah Gülü ad günü və eləcə də Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar, Türkiyə xalqına firavanlıq və əmin-amanlıq arzulayıb. Türkiyə prezidenti təbriklərə və göstərdiyi diqqətə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib, xalqımıza ən xoş arzularını çatdırıb. Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
# 618

Oxşar yazılar