Binəqədidə “Müstəqillik Günü” qeyd edilib
Lent.az-ın məlumatına görə, idarə, təşkilat, müəssisə və ictimai birliklərin rəhbərlərinin qatıldığı tədbiri giriş sözü ilə açan Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru Asəf Zamanov tədbir iştirakçılarını təbrik edərək, müstəqillik tarixinə qısa nəzər salıb. Məruzə ilə çıxış edən Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Anar İsgəndərov 1991-ci il avqustun 30-da Azərbaycan Ali Sovetində Azərbaycan Respublikasının İstiqlaliyyəti haqqında Bəyannamənin, oktyabrın 18-də isə ”Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul edildiyini diqqətə çatdırıb.
RİHı Aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Natiq Əliyev müstəqillik illərində əldə olunan uğurlardan və nailiyyətlərdən danışıb.
Sonda Rayon Gənclər və İdman İdarəsi tərəfindən orta ümumtəhsil məktəblərində oxuyan şagirdlər arasında keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Oxşar yazılar

“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07