Rusiyalı politoloq: “Ermənistan tarixinin girovuna çevrilib”
21 sentyabr 2010 15:14 (UTC +04:00)

Rusiyalı politoloq: “Ermənistan tarixinin girovuna çevrilib”

“Ermənistan öz tarixinin girovuna çevrilib və bu dalandan çıxa bilmir. Türkiyə problemi Ermənistana güclü təsir edib, Ermənistanın dünyaya daha bir qapısı bağlanıb. Sual olunur, onda hər şeyi Rusiya vasitəsilə görmək lazımdır? O zaman belə çıxır ki, Rusiya sizin ağanızdır”. APA-nın məlumatına görə, bu fikirləri rusiyalı politoloq Nikolay Zlobin Şimali və Cənubi Qafqazdan olan jurnalistlərlə görüşündə deyib.


Dağlıq Qarabağ münaqişəsinə toxunan politoloq qeyd edib ki, nə Rusiya, nə ABŞ bu münaqişəni həll etmək iqtidarında deyil: “Rusiya, ABŞ kiçik münaqişələri həll edə bilməzlər. Onların başları daha böyük problemlərə qarışıb. Onlar balta ilə işləyirlər, lakin Dağlıq Qarabağ münaqişəsi kimi problemlərin həllinə neyrocərrah əli lazımdır. Buna görə də ATƏT-in Minsk Qrupu bütün imkanları artıq tükədib”.


Nikolya Zlobin hesab edir ki, Sovet İttifaqının süqutu hələ başa çatmayıb və yeni siyasi coğrafiyanın formalaşması prosesi davam edir: “Yeni siyasi coğrafiya – bu, normal prosesdir. Torpağın milliyyəti, dini, tarixi ola bilməz. Bunlar yalnız həmin torpaqlara yaşamağa gələn insanlara məxsusdur. Buna görə də istənilən tarixi istinad – çox subyektivdir. Siyasət tarix üzərində qurula bilməz. Əks təqdirdə ictimai şüurda manipulyasiya baş verir və siyasətçilər öz siyasətlərinə keçmişlə haqq qazandırmaq istəyirlər”.
# 628

Oxşar yazılar