Abdulla Gül: “Türkiyə bölgədə BMT kimi hərəkət edir”
20 sentyabr 2010 15:57 (UTC +04:00)

Abdulla Gül: “Türkiyə bölgədə BMT kimi hərəkət edir”

BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik etmək üçün Nyu-Yorka gedən Türkiyə prezidenti Abdulla Gül mətbuat konfransı keçirib. Lent.az-ın “trt.net.tr” saytına istinadən verdiyi məlumata görə, Abdulla Gül mətbuat konfransında İran məsələsi ilə bağlı sualı cavablandırıb.

Abdulla Gül deyib ki, İran məsələsi ayrıca bir maddə şəklində BMT Təhlükəsizlik Şurasının gündəliyində yoxdur, ancaq Mahmud Əhmədinejadla görüşəcəklər: “Türkiyənin İranla bağlı məsələdəki əməkdaşlığı, “P5+1” ölkələri ilə İran arasında daha yaxşı əməkdaşlıq zəmini hazırlama istiqamətindəki səyləri haqda yəqin ki, danışılacaq. Bir çox çıxışçının, dövlət başçısının çıxışında bu məsələyə bir neçə paraqraf ayıracağını təxmin edirəm. Çünki İran məsələsi bu gün dünyanın ən önəmli problemlərindən biri olaraq qarşımızdadır”.

Abdulla Gül Türkiyənin İranla bağlı tənqid edilməsini gözləmədiyini söyləyib: “Bu, yalnız bir təxmin deyil, pərdəarxası görüşlər, müzakirələr davam edir. Bizim BMT Təhlükəsizlik Şurasındakı səsimizlə bağlı o qədər çox müzakirələr aparılır, addımlar atılır ki... Hər kəs əslində Türkiyənin rolunu və davranışını təqdir edir. Kimi bunu açıq şəkildə söyləyir, kimi də söyləyə bilmir. ABŞ da Türkiyənin bu davranışını, İran dosyesinə baxışını, bizim yekun hədəfimizi təqdir edir. Bunları açıq şəkildə müzakirə edirik”.

Abdulla Gül Türkiyənin bölgəsində BMT kimi hərəkət etdiyini bildirib: “Bununla qürur duyuram. Türkiyə bölgəsinə sahib çıxır, bütün olaylarla maraqlanır. Bunu edərkən də “aman, bunda barmağım olsun, zamanı gəlincə istifadə edərək” zehniyyəti ilə məsələlərə yanaşmır. Soyuq savaş dönəminin zehniyyəti yanaşmır və bu gün bəzi ölkələrin etdiyi kimi etmir. Tam tərsinə, “o problemlərin həllinə necə yardım edə bilərəm” düşüncəsini əsas götürür. Bu xoş niyyəti bilindiyi üçün hər kəs də Türkiyə ilə böyük güvən içərisində əməkdaşlıq edir. Bunların BMT baş katibi və onun müavini tərəfindən də fərq edildiyini, izləndiyini gördüm”.
# 623

Oxşar yazılar