“Azərbaycan prezidentinin Özbəkistan səfəri zamanı bir sıra sənədlər imzalanacaq
Bu barədə APA-ya Özbəkistanın Azərbaycandakı səfiri İsmətulla İrqaşov bildirib.
Onun sözlərinə görə, səfər zamanı Özbəkistanla Azərbaycan arasında bir çox sənədin imzalanması nəzərdə tutulub: “İmzalanacaq sənədlər sırasına 5 ilə nəzərdə tutulan iqtisadi əməkdaşlığı haqqında sənəd də daxildir. Bundan başqa, iki ölkənin Xarici İşlər nazirlikləri arasında 3 il müddətinə əməkdaşlıq barədə sənəd də imzalanacaq. Dövlət səviyyəsində deklarasiya qəbul olunacaq, mədəniyyət sahəsində mübadilə barədə sənəd imzalanacaq”.
Səfər çərçivəsində, həmçinin Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyasının növbəti iclası da keçiriləcək. İclasda Azərbaycanla Özbəkistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Prezidentin səfəri öncəsi isə iki ölkə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək. Səfir səfərə hazırlığın yüksək səviyyədə aparıldığını da qeyd edib.

Oxşar yazılar

Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08