“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə layihəsi sentyabrın 7-də müzakirə ediləcək
APA-nın BMT-nin saytına istinadən verdiyi məlumata görə, qətnamə layihəsi sessiyanın gündəliyinin 18-ci maddəsidir. Həmin gün assambleyanın gündəliyinin 14-cü maddəsini təşkil edən “GUAM məkanında həlli uzanan münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsirləri” məsələsi də müzakirə olunacaq.
“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə layihəsində beynəlxalq humanitar hüququn bütün müvafiq normaları və insan haqları sahəsində beynəlxalq standartların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış situasiyaya tətbiqi, eləcə də Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərdən qovulmuş əhalinin, onların varislərinin öz evlərinə qayıtmaq hüququnun təmin olunması öhdəliyi təsdiqlənir. Qeyd olunur ki, əhalinin qayıdışı insanlar arasında ünsiyyətin təşviqi və etimadın möhkəmlənməsi tədbirlərinə əlverişli şərait yaradacaq. Layihədə mədəniyyət və dini abidələrin mühafizəsinin təmin olunmasının, həmçinin itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi yönündə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi vurğulanır.
Sənəddə BMT strukturlarına Dağlıq Qarabağ münaqişəsi zonası və ətrafında beynəlxalq humanitar hüquq normaları və insan haqlarına dair beynəlxalq standartların təmin olunması məsələsini nəzərdən keçirmələri təklif olunur. Həmçinin münaqişə zonasına müvafiq təhqiqat apararaq hesabat hazırlanması məqsədilə çoxmillətli missiya göndərilməsi təklifi əksini tapıb.
Layihədə BMT baş katibindən xahiş edilir ki, 65-ci sessiyaya bu qətnamənin həyata keçirilməsi haqqında ətraflı hesabat təqdim etsin.

Oxşar yazılar

Əfv Komissiyasının iclası keçirildi
27 fevral 2025 , 17:13
"Qeyri-ənənəvi oriyentasiyalı gənclərdən istifadə olunur" - Ədalət Vəliyev
27 fevral 2025 , 15:22
Azərbaycanda partiyalar üçün 29 təmirli ofis ayrılıb
27 fevral 2025 , 14:41
Dövlət Komissiyası: "İtkin düşən 59 şəhidin qalıqları ailələrinə verilib" - MÜSAHİBƏ
27 fevral 2025 , 11:26
Tofiq Zülfüqarovdan ağır İTTİHAM: Məmmədyarov cinayətə yol verib
26 fevral 2025 , 18:29
"Gəl mən anamın pasportunu sənə göstərim, gör ermənidir?" - Artur Rasizadə OD PÜSKÜRDÜ
26 fevral 2025 , 17:33
“Azərbaycan-Pakistan əməkdaşlığı sülh və təhlükəsizliyə töhfə verir” - Nigar Məmmədova
26 fevral 2025 , 17:30