Rusiya Qəbələ RLS-siz də keçinə bilərmiş
12 dekabr 2012 00:21 (UTC +04:00)

Rusiya Qəbələ RLS-siz də keçinə bilərmiş

“Rusiya öz təhlükəsizliyini təmin etmək üçün lazımı potensiala malikdir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Rusiyanın Qəbələ RLS-dən imtina etməsini şərh edən D. Peskov deyib ki, Rusiya bu stansiyanın işini kompensasiya etmək potensialına malikdir: “Bu fakt şübhəsizdir ki, Rusiyanın öz təhlükəsizliyini təmin etmək üçün bütün imkanları var”.
Xatırladaq ki, Rusiya dünən Azərbaycan Xarici İşlər Nazirliyinə Qəbələ RLS-in istismarının dayandırıldığına dair nota təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1345

Oxşar yazılar