Deputatlarımız Rumıniyadakı seçkiləri izləyiblər
Milli Məclisin Azərbaycan-Rumıniya parlamentlərarası İşçi Qrupunun sədri, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Azay Quliyev və millət vəkili Eldar İbrahimov parlament seçkilərini müşahidə etmək məqsədilə Rumıniyada səfərdə olublar. Lent.az-ın məlumatına görə, səfərin ilk günündə millət vəkilləri Buxarest şəhərindəki Tey Parkı – Heydər Əliyev xiyabanını ziyarət ediblər.
Seçkilər günü azərbaycanlı millət vəkilləri Buxarestin 1-ci sektor bələdiyyəsində seçki məntəqələrini gəzib, seçkilərin beynəlxalq standartlara və milli qanunvericiliyə uyğunluğunu yoxlayıb, məntəqələrdəki komissiya üzvləri ilə fikir mübadiləsi aparıb, ümumilikdə prosesin gedişatını yaxından izləyiblər. Seçkidən bir gün sonra millət vəkillərimiz seçki prosesinin yekunlarına həsr olunan ATƏT Parlament Assambleyasının nümayəndələrinin iclasında iştirak etmiş, öz müşahidələrini açıqlayıblar.
Qeyd edək ki, səfər zamanı millət vəkilləri Rumıniyadakı Səfirliyimizdə olub, ikitərəfli əlaqələr, o cümlədən ölkəmizin Rumıniya milli qanunvericilik orqanı, həmçinin Avropa Parlamenti, ATƏT, Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığının cari vəziyyəti və gələcək istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Oxşar yazılar

Qurgen Stepanyandan ETİRAF: Ermənistan vətəndaşları olan zabitlər sayca üstünlük təşkil edib
10 aprel 2025 , 22:51
Ermənistan vətəndaşından etiraf: Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim
10 aprel 2025 , 21:04
İsrail "qırmızı xətt"i göstərdi - Bakı görüşünün DETALLARI - YENİLƏNİB
10 aprel 2025 , 14:54
Xanlar Vəliyev sabah hakim TƏYİN OLUNUR
10 aprel 2025 , 10:35
Təbrizin “Traxtor”u – Cənubdakı milli simvolumuz
9 aprel 2025 , 20:15
Türkiyədən İsrailə TƏHDİD: Üç günə Təl-Əvivə girə bilərik
9 aprel 2025 , 19:01
Əfv Komissiyasının iclası keçirildi
9 aprel 2025 , 17:56