Rusiya Müdafiə Nazirliyindəki mənbə: “Qəbələ RLS-ə ehtiyacımız yoxdur”
“Rusiyanın Qəbələ radiolokasiya stansiyasının icarəsini dayandırması qərarı ilk növbədə bu hərbi obyektin praktiki istifadəsinin zəruri olmaması ilə əlaqədardır. Köhnəlmiş RLS-ləri artıq “Voronej” tipli yeni nəsil stansiyalar əvəzləyir”. APA-nın məlumatına görə, bu açıqlamanı “Ria Novosti”yə Rusiya Müdafiə Nazirliyindəki mənbə verib.
Mənbə bildirib ki, əvvəllər Qəbələ RLS-in üzərinə düşən vəzifələri Armavirdə yerləşən yeni nəsil “Voronej DM” raket hücumundan xəbərdarlıq sistemi öz üzərinə götürməyə qabildir: “Bu stansiyanın sınaqları ilin sonuna kimi başa çatacaq. Obyekt 2013-cü ilin ilk rübündə döyüş növbəsinə başlayacaq”.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi bundan əvvəl Peçora, Barnaul, Yeniseysk və Olenoqorskda yeni nəsil radiolokasiya stansiyalarının tikilməsi ehtimalını nəzərdən keçirəcəyini bəyan etmişdi.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Qəbələ RLS-in istismarının rəsmən dayandırıldığına dair dünən Azərbaycana rəsmi nota təqdim edib.

Oxşar yazılar

Azərbaycan ərazisinə keçən iki erməni ölkəsinə qaytarıldı
6 iyun 2025 , 22:27
Pezeşkian İlham Əliyevə zəng etdi
4 iyun 2025 , 22:07
Suriyadan Azərbaycana daha 13 nəfər gətirildi
4 iyun 2025 , 17:08
"Hörümçək toru" əməliyyatından sonra Kreml nəyi gizlədir? – Detallar AÇIQLANIR
4 iyun 2025 , 12:34
Jurnalistlərin şəhid olmasından 4 il ötür
4 iyun 2025 , 10:33
Paşinyanın İrəvandakı mənzili 110 min dollara satıldı
4 iyun 2025 , 10:30
Azərbaycan və Ermənistan tərəfi itkinlərlə bağlı görüş keçirdi
4 iyun 2025 , 10:04