“Rusiya göstərmək istəyirdi ki, “mən Azərbaycanda varam!”
“Azərbaycan-Rusiya münasibətləri təkcə Qəbələ RLS-in icarə haqqından asılı deyil”. Bunu APA-nın Moskva müxbirinə açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov bildirib. Onun sözlərinə iki ölkə arasında bir sıra sahələrdə yüksək səviyyədə əməkdaşlıq mövcüddür: “Fikrimcə, bu əməkdaşlıq öz qaydasında davam edəcək”.
R. Musabəyov bildirib ki, danışıqlar zamanı Rusiya tərəfi stansiyanın onun təhlükəsizliyi üçün vacib olduğunu və Qəbələ RLS-in Azərbaycanın təhlükəsizliyinə hansı töhvə verəcəyini izah etməliydi: “Lakin Rusiya bunu eləmirdi. Onlar deyirdilər ki, Qəbələ RLS bizə lazımdı, siz onu istədiyimiz qiymətə bizə verin! Rusiyanın bu istəyi ikitərəfli münasibətlərə cavab verməyən bir iddia idi. Əslində Rusiyanın təhlükəsizlik baxımından bu stansiyaya elə də ehtiyacı yox idi. Sadəcə olaraq, Rusiya göstərmək istəyirdi ki, “mən Azərbaycanda varam!” Bu Azərbaycanın maraqlarına cavab verməyən bir iddia idi.
Rusiyanın Qəbələ RLS-dən imtina etməsi haqqında qərara soyuqqanlılıqla yanaşmaq lazımdır. Rusiya Ukraynada eyni ile bu problemlə üzləmişdi. Ordakı RLS-lərdən də imtina etmişdi. Bu, o demək deyildi ki, Rusiya Ukrayna ilə düşmən oldu.
Azərbaycanla Rusiyanın münasibətləri ikitərəfli maraqlar əsasında qurulub və davam etdirilməlidir".

Oxşar yazılar

Azərbaycan ərazisinə keçən iki erməni ölkəsinə qaytarıldı
6 iyun 2025 , 22:27
Pezeşkian İlham Əliyevə zəng etdi
4 iyun 2025 , 22:07
Suriyadan Azərbaycana daha 13 nəfər gətirildi
4 iyun 2025 , 17:08
"Hörümçək toru" əməliyyatından sonra Kreml nəyi gizlədir? – Detallar AÇIQLANIR
4 iyun 2025 , 12:34
Jurnalistlərin şəhid olmasından 4 il ötür
4 iyun 2025 , 10:33
Paşinyanın İrəvandakı mənzili 110 min dollara satıldı
4 iyun 2025 , 10:30
Azərbaycan və Ermənistan tərəfi itkinlərlə bağlı görüş keçirdi
4 iyun 2025 , 10:04