Nazir münaqişənin həlli üçün  şərti açıqlayıb
08 dekabr 2012 20:14 (UTC +04:00)

Nazir münaqişənin həlli üçün şərti açıqlayıb

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Kontinental Avropa idarəsinin direktoru Erik Furniyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Elmar Məmmədyarov cari ilin 5-7 dekabr tarixlərində Dublin şəhərində keçirilmiş ATƏT-in Nazirlər Şurasının 19-cu iclası ilə bağlı təəssüratları ilə bölüşüb. Nazir bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının daha da inkişaf etdirilməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın NATO ilə münasibətləri və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Fransalı rəsmiyə regional layihələr haqda məlumat verən Nazir Elmar Məmmədyarov, bu layihələrin region və Avropa üçün əhəmiyyətini qeyd edib.

Nazir Elmar Məmmədyarov təhlükəsizlik məsələləri haqda danışarkən, Azərbaycanın öz xarici siyasətində milli maraqlara üstünlük verdiyini və bütün gücün müstəqilliyin möhkəmləndirilməsi üçün səfərbər olunduğunu vurğulayıb. Ermənistan Azərbaycan münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov, münaqişənin həllinə başlıca maneə kimi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcud olmasını göstərib. Nazir Elmar Məmmədyarov bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasına başlanması münaqişənin həlli üçün geniş imkanlar yaradacaq. Münaqişənin həlli kontekstində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin təşkil olunmasının zəruriliyi də vurğulanıb.

Görüşdə digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2744

Oxşar yazılar