Milli Məclisin üzvü AŞPA-nın komitə iclaslarına qatılacaq
Milli Məclisin deputatı Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitə iclaslarında iştirak etmək üçün dekabrın 9-da Parisə gedəcək.
Milli Məclisin mətbuat xidmətinin məlumatına əsasən, AŞPA-nın Hüquq məsələləri və insan haqları komitəsinin gündəliyinə təşkilatda monitorinq üzrə ekspertlərin seçki prosesinin təkmilləşdirilməsi, qeyri-üzv ölkələrin Avropa Şurasının qəbul etdiyi konvensiyalarda iştirakı, Avropa İnsan Haqları Məhkəməsinin gələcəyi, həbs cəzasına alternativ variantlar, milli təhlükəsizlik və informasiya əldə etmə məsələləri daxil edilib.
Elm, mədəniyyət və təhsil komitəsinin iclasında isə mətbuat azadlığının durumu, gənc avropalılar üçün yeni təhsil istiqamətləri, televiziya kanallarında zorakılıq hallarının nümayişi və bunun uşaqlara təsiri, idmanda etik qaydalara riayət olunması, Avropanın sənaye irsi mövzularında müzakirələr aparılacaq.
R.Hüseynov hər iki tədbirdə müzakirə olunacaq məsələlər barədə fikirlərini açıqlayacaq, təkliflərini verəcəkdir.
Səfər dekabrın 20-də başa çatacaq.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29