Xodorkovskidən “dərs götürənlər” – TƏHLİL
Rusiya Azərbaycana qarşı imperialist meyllərini yenidən gündəmə daşıyıb. Bu ölkənin diplomatından politoloquna, hərbçisindən Azərbaycan əsilli oliqarxına qədər hamı mətbəxə çağırılıb...
Aqressiv Rusiya
I Putin hakimiyyəti dövründə formalaşmış, Medvedyevin prezidentliyi dövründə unudulmuş “Aqressiv Rusiya” imici yenidən geri qayıdır.
Kreml artıq postsovet məkanında uduzduğu mövqelərin əksəriyyətini bərpa edə bilib. Artıq “məxməri inqilablar”ın “fəsadlar”ı aradan qaldırılıb - Ukraynada Yanukoviç, Gürcüstanda İvanişvili Rusiyanın dəstəyindən bəhrələnib, Qırğızıstanda Kremlə loyal iqtidar formalaşdırılıb. Bir zamanlar Qırğızıstanda “məxməri inqilab”ın digər Orta Asiya respublikalarına sirayət edəcəyi, bölgədəki rejimlərin bir-birinin ardınca yıxılacağı güman olunsa da, Moskva bu problemi də öz maraqlarına uyğun həll edə bildi – məsələ o dərəcədə həll edilib ki, Rusiya bir zamanlar üzünə ağ olan Qırğızıstanın ordusunun müasirləşdirilməsinə (Tacikistanla birlikdə) 14 milyard dollar pul ayıracaq qədər səxavətli ola bilib.
Moldova, Ermənistan, Belarus, digər Orta Asiya respublikalarında vəziyyət məlumdur, postsovet məkanında Kremlin nəzarətində olmayan, həm Qərb, həm Rusiya ilə eyni dərəcədə məsafə və münasibətlər saxlayan yeganə ölkə Azərbaycandır.
Dmitri Medvedyevin prezidentliyi dövründə Rusiya-Azərbaycan münasibətləri intibah dövrünü yaşayıb. İki ölkə arasında dövlət sərhədlərinin delimitiasiyasına dair dövlətlərarası müqavilənin imzalanması, ticarət dövriyyəsinin ən yüksək rəqəmlərlə ifadə olunması, Rusiya prezidentinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə aktiv cəlb olunması məhz bu dövrə təsadüf edir. Təkcə 2008-2012-ci illərdə Medvedyevin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli formatda 11 görüşünün keçirildiyini xatırlatmaq kifayətdir. Lakin son bir ildə vəziyyətin əvvəlki dövrlə müqayisə olunmaz dərəcədə dəyişdiyi, iki ölkə münasibətlərindəki soyuqlaşmanın gərginləşmə ilə əvəz olunduğu müşahidə edilir. Rusiyanın köhnə imperialist meyllərini yenidən xatırlaması, “aqressiv Rusiya” obrazının canlanması açıq-aşkar görünür. Və bunun bir neçə təsbiti də artıq ortadadır:
Azərbaycanın Qəbələ RLS-in icarəsinə dair müqavilənin yeniləməsi ilə bağlı şərtlərdə dəyişiklik istəyi faktiki olaraq danışıqları dalana dirəyib. Rusiya tələb olunan illik icarə haqqının miqdarının qaldırılmasını sinirə bilmir.
Vladimir Putinin yeni prezidentliyi dövründə iki ölkə arasında ən yüksək səviyyədə rəsmi səfərlər həyata keçirilməyib.
Rusiyada azərbaycanlı əmək mühacirlərinin durumunu son dərəcə çətinləşdirəcək federal qanun qəbul olunub (qanun ümumilikdə bütün millətlərdən olan əmək mühacirlərinə təsir etsə də, nədənsə, qanunun qəbulundan sonra Kremlin nəzarətində olan media əsas hədəf olaraq azərbaycanlı əmək mühacirlərini göstərirlər)
Azərbaycana qarşı separatçılıq fəaliyyəti ilə məşğul olan, Bakıda qanlı terror aktları törədən, Dağlıq Qarabağdakı erməni separatçılarına açıq dəstək verən, ölkənin şimalında stabilliyi pozmağı əsas hədəf götürən “Sadval” hərəkatı fəaliyyətini bərpa edib.
Moskvada “Prezident hotel”də “Rusiya və Azərbaycanda yaşayan ləzgi, avar xalqlarının problemləri və onların həlli yolları” adlı I beynəlxalq konfrans keçirilir, etnik qrupların ölkəmizdə guya assimilyasiyaya məruz qaldığı iddia edilir, Azərbaycana qarşı separatçılıq fəaliyyəti rəsmən stimullaşdırılır, “Talış Muğan Respublikası”nın ideoloqlarından Fəxrəddin Əboşzadə “Sadval”ın təsis toplantısına və Moskvada separatçıların toplantılarına dəvət olunur. Və bu tədbirlər Rusiya Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Federal Miqrasiya Xidməti və Federal Sərhəd Xidmətinin nümayəndələrinin iştirakı ilə keçirilir. Rusiyanın Azərbaycana qarşı separatçılıq fəaliyyətini dövlət səviyyəsində dəstəkləməsinə dair digər fakt bu ölkənin Azərbaycandakı səfiri Vladimir Doroxinin ölkəmizin şimal-şərq bölgəsinə son səfəridir. “Yeni Müsavat” qəzeti səfirin Zaqatalada müxtəlif etnik qrupların nüfuzlu şəxsləri ilə bir neçə saat qeyri-rəsmi görüş keçirdiyini yazır. Paralel olaraq uzun illərdir kölgədə qalan və fəaliyyətləri ciddi qəbul olunmayan, Moskvada məskunlaşmış talış separatçılarının da son vaxtlar aktivləşməsi heç bir şübhə yeri qoymur – Rusiya Azərbaycana qarşı separatçılıq kartını yenidən işə salmağa başlayıb. Bu kart onun oynanan oyunda əsas gedişidir!
Azərbaycanın Rusiyanın çoxəsrlik müttəfiqi İranla son illər davam edən gərgin münasibəti, neft-qaz satışı ilə bağlı müstəqil siyasət həyata keçirməyi, Rusiyanın “qara siyahısında” olan Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyalar da bu ölkəni qıcıqlandıran amillər sırasında ola bilər. Rusiya regiondakıların ona bu cür davranış sərgiləməsinə öyrənməyən “ərköyün böyük” timsalında daha maraqlı görünür.
“Milyarderlər ittifaqı”
Azərbaycan əsilli bir qrup oliqarxın günün birində Rusiya Azərbaycan Təşkilatları İttifaqı təsis etməsi də Rusiyanın “tədbirli davranışının” nəticəsinə daha çox oxşayır. Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında və ya bu qurumların daxilində mətbuat səhifələrini hər gün zəbt edən, qarşılıqlı ittihamlarla zəngin olan bir qarşıdurma xatırlamaq olmur. Lakin günün birində Azərbaycan əsilli iş adamları kimi tanınan və Rusiyanın müxtəlif zamanlarda “gözünü qorxutduğu”, “qılıncının tərs üzünü göstərib çəkdiyi” oliqarxlar bir masa arxasında toplaşıb yeni ittifaq yaratdıqlarını bəyan edirlər. Bu ittifaqda birləşən şəxslərin ümumi kapitalının təxminən 50 milyard dollardan çox olduğu söylənilir. İctimai rəydə dərhal “Milyarderlər İttifaqı” imici qazanan bu birlik bir çox suallar doğurub və təəssüf ki, təşkilatçılar bu suallara cavab verməkdən ən müxtəlif üsullarla yayınırlar.
Təşkilatın ilhamvericisi olduğunu gizlətməyən Rüstəm İbrahimbəyov ciddi-cəhdlə RATİ-nin təsis olunmasında əsas məqsədin “Rusiyadakı azərbaycanlıların problemlərini həll etmək” olduğunu desə də, aralarında ciddi problemlər olan, uzun illər bir masa arxasında əyləşməmiş azərbaycanlı sərvət sahiblərinin qəflətən necə bir araya gələ bildiyini izah etmir. Telman İsmayılovun yubiley diski bir zamanlar Bakıda xitə çevrilmişdi, haqqında hələ də əfsanələr dolaşan o məclisdə indiki RATİ təsisçilərindən yalnız Abbas Abbasov iştirak edib (?!). Bu, kiçik, ilk baxışdan əhəmiyyətsiz, amma gerçəkdir – ambisiyaları ad günündə belə bir araya gəlmələrinə imkan verməyən sərvət sahibi olan azərbaycanlılar bir masa ətrafına toplaşaraq, qurum təsis etməyə (özü də Rusiyada yaşayan azərbaycanlılar naminə) özlərində güc tapıblar. Bunun üçün son dərəcə vacib səbəb olmalıdır. Bu “son dərəcə vacib səbəb”in “Rusiyadakı azərbaycanlıların problemlərini həll etmək” olduğunu Rüstəm İbrahimbəyovun hansısa kino personajının dilindən eşitmək daha səmimi təsir bağışlayardı, nəinki onun öz dilindən...
Rüstəm İbrahimbəyov nə qədər əksini sübut etməyə çalışsa da, Rusiyada biznes və külli miqdarda kapital sahibi olmağın yolu ən yüksək səviyyədə siyasi hakimiyyət tərəfindən himayə olunmaqdan keçir. Qonşu ölkədə siyasi hakimiyyətin iradəsindən kənar kapital sahibi olmaq istəyənlərin adı bəllidir: Xodorkovski, Berezovski, Qusinski... Amma onların sonrakı taleyi də bəllidir! Rusiyadakı Azərbaycan əsilli iş adamları o taleyi yəqin ki, yaşamaq istəməzlər. Odur ki, RATİ-nin bu tərkibdə meydana çıxmasında Xodorkovskinin, Berezovskinin, Qusinskinin məlum taleyi və onlara bu taleyi biçən şəxsin mütləq rolu olduğu danılmazdı... Bunun əksini isbatlamağa çalışmaq belə gülüncdür.
Əgər belə olmasaydı, Abbas Abbasov, Söyün Sadıqov və başqalarının “ Bakıya sədaqət andından” sonra yenidən proses başlamaz, Azərbaycana emissarlar göndərilməz və RATİ-nin Rusiyada regional ofislərinin açılmasına start verilməzdi. Bu prosesin özü belə o “oliqarxların qərar və talelərinin öz əllərində olmadığını” göstərir. Deməli, onların Rusiyadakı “digər azərbaycanlıların taleyi ilə bağlı qərar vermək üçün toplaşmaları da” inandırıcı deyil.
Və Bakıda
Rusiyada yaradılmış təşkilatın aparıcı üzvlərindən olan və vəzifəsi Kremllə xüsusi əlaqələndirici rolu daşımaq olan Söyün Sadıqovun ötən həftə Bakıya emissarlar göndərməsi ilə ölkə içində də prosesə start verilməyə cəhd olunduğunu demək mümkündür. Söyün Sadıqov nə qədər dansa da, onun Bakıya gələn emissarlarının görüşdüyü adamlar var və həmin şəxslər bunu mətbuata da təsdiqləyirlər.
Digər tərəfdən RATİ-nin təsis toplantısında iştirak edən Rüstəm İbrahimbəyovun Bakıya qayıtması ilə Ziyalılar Forumunun da aktivləşməsinə start verilib. Məlumatlara görə, bu ayın sonundan etibarən forum toplantılarını mütəmadi və aktiv şəkildə keçirməyə başlayacaq. Həmçinin müxtəlif bəyanatlar səsləndiriləcəyi, RATİ-nin Dağlıq Qarabağ məsələsinin həllində Rusiyanın rolunun artırılması ilə bağlı təşəbbüslərinin dəstəklənəcəyi bildirilir.
Əsas məsələ: enerji təhlükəsizliyi
“Soyuq müharibə” necə bitəcək? Səbəblər yalnız Rusiyanın postsovet məkanında müstəqil siyasət yürüdən son ölkə olan Azərbaycanı öz təsir dairəsinə salmaq, Qərbi bölgədən tamamilə sıxışdırıb çıxarmaqdır, bölgədə hərbi və siyasi iddialarını möhkəmlətməkdir, yoxsa başqa səbəblər də var? Bunu proseslərin gedişi göstərəcək, lakin Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik təkcə bu amillərlə bağlı deyil. Rusiya ən azı sabiq SSRİ məkanında öz nüfuz dairəsini tam bərpa etmək istəyir, çünki “ərəb baharı”ndan sonra Kreml Afrika və Asiyadakı mövqelərini bir-bir itirməkdədir. Moskvanın hələlik revanş götürə biləcəyi və Qərbə böyük zərbə vura biləcəyi yeganə məkan Azərbaycan görünür. Çünki...
...Azərbaycan Avropanın Rusiyadan enerji asılılığını aradan qaldıra biləcək yeganə ölkədir. Qərb hazırda Azərbaycanı məhz bu nöqteyi-nəzərdən dəyərləndirir və verilən ən müxtəlif səviyyəli bəyanatların ana xəttini bu fikir təşkil edir. Azərbaycanın enerji siyasəti də bu xəttə köklənib, gerçəkləşdirilən ən müxtəlif enerji layihələrinin əsas məqsədi Xəzərin karbohidrogen ehtiyatlarını Avropa bazarına çıxarmaqdır. Uğurlu siyasətdir, lakin bu, həm də Rusiyanı Avropa üzərində mühüm təzyiq vasitəsindən məhrum etməkdir. Dünyada həmişə münaqişələrin əsas səbəbi enerji mənbələrinə nəzarət olub, Rusiya - Azərbaycan münasibətlərində yaranmış və hələ uzun müddət davam edəcək kimi görünən gərginliyin əsas səbəblərindən biri və bəlkə də birincisi məhz budur...
Rusiya öz məqsədinə çatmaq üçün hamını və hər yeri oynada bilir. Öz forpostlarını da, potensial “Xodorkovskilərini” də...
APA-Analitcs

6584