76 yaşlı anasını benzinlə yandırdı
16 iyul 2025 13:37 (UTC +04:00)

76 yaşlı anasını benzinlə yandırdı

Ukraynada kişi anasını və qardaşını benzin tökərək yandırıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Obuxov bölgəsində faciə baş verib. 57 yaşlı kişi mübahisə zamanı anasını və qardaşını tezalışan maddə (benzin) ilə yandırıb. Aldıqları yanıq xəsarətlərindən 76 yaşlı qadın xəstəxanada dünyasını dəyişib. Cinayəti törədən şəxsə qarşı ittiham irəli sürülüb və onu 15 ilədək həbs cəzası gözləyir.

Tibb işçiləri Vasılkov şəhərində həyətdə yanıq xəsarətləri alan iki nəfər barəsində polisə məlumat veriblər. Hüquq-mühafizə orqanları müəyyən ediblər ki, 57 yaşlı kişi ilə 54 yaşlı qardaşı arasında mübahisə yaranıb. Ana kiçik oğlunu müdafiə etməyə çalışarkən, kişi tezalışan maye olan butulkanı götürərək onların üzərinə töküb və alışqanla yandırıb. Bundan sonra o, hadisə yerindən qaçaraq gizlənib.

Yaralılar müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 76 yaşlı ana xəstəxanada dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları ekspertizalar üçün sübutlar götürüblər. Operativ-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs saxlanılıb və müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. 

Müstəntiqlər Obuxov rayon prokurorluğunun prosessual rəhbərliyi altında, cinayətkara qarşı qəsdən adam öldürməyə cəhd və qəsdən adam öldürmə maddələri üzrə ittiham irəli sürüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 818

Oxşar yazılar