“Qarabağ” Blokunun toplantısı keçirilib - FOTO
Bu gün Ümid Partiyasının Mərkəzi Qərargahında “Qarabağ” Blokunun növbəti toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, toplantını giriş sözü ilə açan ADP sədri Sərdar Cəlaloğlu gündəm məsələləri ilə bağlı çıxış edib.
İctimai-siyasi hadisələrin təhlili zamanı Ramil Səfərovun ekstradisiyası və dərhal əfv olunması ilə bağlı müzakirə aparılıb, bu hadisənin Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyinə təsiri qiymətləndirilib.
İclasda Ermənistan hökumətinin bu məsələ ilə bağlı aqressiv mövqeyi də müzakirə olunub və Ümid Partiyasının sədri İqbal Ağazadə Ermənistanın siyasətini qınayıb: “Tarixin ən böyük cinayətlərini törədən Ermənistan Xocalı soyqırımının təşkilatçısını prezident postuna seçəndə tənqid olunmur, ancaq bir erməni əsgərini cinayət motivindən asılı olmayaraq, öldürən Ramil Səfərovun ekstradisiya olunması bu cür səs-küyə səbəb olur. Onun əfv olunması səfirlərin, diplomatların öldürülməsinə, müharibə vəziyyətinin elan olunmasına bəhanə ola bilməz. Hakimiyyət qüvvələri də Ramil Səfərovun Azərbaycana gətirilməsindən öz mövqelərini möhkəmlətmək üçün daxili auditoriyaya hesablanmış piar kampaniyası aparmamalıdır.”
Toplantıda Lökbatanda baş vermiş ağır yol qəzası hadisəsi ciddi müzakirə olunub. Nəqliyyat sahəsindəki boşluqlar və pozuntular kəskin tənqid edilib. Rusiya Azərbaycan sərhədində son vaxtlar müşahidə olunan gərginlik iclasın gündəlik məsələsinə daxil edilib. Daha sonra Azərbaycanın mənəvi bütövlüyü naminə Azərbaycan hakimiyyətinə Cənubi azərbaycanlıların ictimai-siyasi hərəkatının liderlərinin dəyərləndirilməsi, tanıdılması, təbliğ olunması, xatirəsinin əbədiləşdirilməsi yolunda ciddi dövlət proqramı həyata keçirilməsi üçün “Qarabağ” Bloku adından təklif verilməsi qərara alınıb. Toplantıda ADP sədri Sərdar Cəlaloğlu Səttarxanın həyatı və qəhrəmanlıqları haqda geniş məlumat verib: “Səttarxanı bütün dünya tanıyıb. Şərq dünyasında ilk yerli özünü idarəetmə sistemini Səttarxan hərəkatı həyata keçirib. Səttarxanın adı əbədiləşməli, onun qəhrəmanlıqları tarix kitablarında daha çox işıqlandırılmalı, tanıdılmalıdır. Onun abidəsinin qoyulması bizim tarix qarşısında mənəvi borcumuzdur.”
Azərbaycan Azadlıq Hərəkatının ən parlaq siması Səttarxanın xatirəsinin əbədiləşdirilməsi üçün “Qarabağ” Bloku adından Azərbaycan hökumətinə müraciət hazırlaması ilə bağlı qərar qəbul edilib.

Oxşar yazılar

İlham Əliyev Macarıstana getdi
20 may 2025 , 14:10
Ermənistanın sistematik etnik təmizləmə siyasətini ifşa edən videolar nümayiş olundu
19 may 2025 , 21:19
Məhkəmədə Ter-Petrosyanın videosu nümayiş etdirildi
19 may 2025 , 15:12
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
19 may 2025 , 14:28
ABŞ Suriya prezidentini məhv etməyi planlaşdırıb - İDDİA
18 may 2025 , 19:50
Ölüm, casusluq və intim FOTOLAR: İsveç Xarici İşlər Nazirliyindəki qalmaqalın qaranlıq TƏFƏRRÜATLARI
18 may 2025 , 14:05
Ədalət partiyasının yeni sədri seçildi
17 may 2025 , 15:53