DSX-nın yeni zastavası istifadəyə verilib
Naxçıvan sərhəd diviziyasının yeni inşa olunmuş "Sədərək" sərhəd zastavası istifadəyə verilib. Lent.az-ın Dövlət Sərhəd Xidmətinin saytına istinadən verdiyi məlumata görə, tədbirə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və DSX rəisi, general-leytenant Elçin Quliyev qatılıb.
Tədbirdə bildirilib ki, dövlət sərhədləri boyunca müasir tələblərə cavab verən çoxsaylı yeni sərhəd məntəqələrinin tikilib istifadəyə verilməsi prosesi uğurla davam etdirilir. Yeni sərhəd məntəqələrinin inşası prosesi ötən əsrin 20-30-cu illərində sovet hökuməti tərəfindən tikilmiş və müstəqilliyin bərpası ərəfəsində sovet sərhədçiləri tərəfindən yararsız hala salınmış sərhəd məntəqələrinin əsaslı təmiri və yenidən qurulması ilə paralel şəkildə aparılır.
Tədbir çərçivəsində xidmətdə fərqlənmiş hərbi qulluqçulara medallar və xidməti mənzillərin orderləri təqdim olunub.
Qeyd olunub ki, maddi-texniki təchizatı yüksək səviyyədə olan zastavada sərhədçilər üçün nümunəvi xidməti-döyüş şəraiti yaradılıb. Burada lazımi məişət şəraiti olan ikimərtəbəli əsgər yataqxanası, yeməkxana, istirahət, təlim və digər xüsusi təyinatlı otaqlar, anbarlar bütün tələblər nəzərə alınmaqla tikilib və yeni avadanlıqlarla təmin edilib. Zastavaya qaz və içməli su xətləri çəkilib, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri yaradılıb. Zastavada xidmət edən zabit və gizir ailələri üçün ikimərtəbəli 8 mənzilli yaşayış binası tikilib, mənzillər mebel və digər zəruri məişət avadanlıqları ilə təchiz olunub.

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07