Yerkökü həm də saçları uzadırmış - FAYDALARI
13 fevral 2023 13:43 (UTC +04:00)

Yerkökü həm də saçları uzadırmış - FAYDALARI

Vitamin və minerallar baxımından zəngin tərkibə malik olan kök, başda A vitamini olmaqla K, C, B, B6 və E kimi vacib vitaminləri ehtiva etdiyi üçün orqanizmin bir çox vitamin və mineral maddələrə olan sutkalıq tələbatını təmin edən ən faydalı tərəvəzlər arasında yer tutur.

Lent.az kökün insan sağlamlığına möcüzəvi faydalarını təqdim edir:

• Göz sağlamlığı

Yerkökün ən çox bilinən faydası göz sağlamlığına verdiyi töhfədir. Yaşla bağlı yaranan makula degenerasiyasının qarşısının alınmasında mühüm rol oynayır. Retinanı və linzanı qoruyaraq göz sağlamlığını yaxşılaşdırır. Gecə korluğu və görmə itkisi kimi riskləri azaldır. Elmi araştırmalara görə uşaqlarda korluğun əsas amillərindən biri A vitamini çatışmazlığıdır.

• Saçların uzanmasına imkan verir

A, C vitaminləri ilə zəngin olan Yerkökün tərkibində kalium və saç sağlamlığını yaxşılaşdıra bilən antioksidantlar olduğu üçün istehlakı saçların gürləşib, gözəlləşməsinə kömək edər.

• İmmunitet sistemi

A vitamini immunitet sistemini gücləndirmək üçün vacibdir. Bunun səbəbi isə sözügedən vitaminin immuniteti gücləndirən ağ qan hüceyrələrini dəstəkləməsidir.

• Dəri sağlamlığı

Yerkökün dəri üçün faydaları beta-karoten xüsusiyyətlərindən irəli gəlir. Beta-karoten dərini günəş şüalarından qoruyur. Sızanaq, ekzema və səpgili dəri xəstəliklərinin müalicə müddətini azaldır. Tərkibindəki karotin sayəsində dəridəki yaraların və ləkələrin sağalmasına kömək edir.

• Beyin Sağlamlığı

Ağ qan hüceyrələrini stimullaşdıraraq toxunulmazlığınızı artıran əsas qida maddələri, minerallar və güclü antioksidantlarla zəngin olan Kök beyin sağlamlığını qoruyur, yaddaşın güclü qalmasına töhfə verir.

• Ürək sağlamlığı

Ürək-damar xəstəlikləri və hipertoniyaya qarşı qoruyucu rola malik olan yerkökü, xolesterolu aşağı salır. Tərkibindəki kalium isə orqanizmdəki artıq natriumun tullanmasına kömək edir.

Şotlandiyanın Edinburq şəhərində yerləşən “Wolfson Gastrointestinal Laboratory” tərəfindən aparılan bir araşdırma nəticəsində üç həftəyə qədər gündə bir ədəd yerkökü istehlakının xolesterol səviyyəsini 11 faiz aşağı saldığı müəyyən edilib. İtaliyadakı “Mario Neqri Farmakoloji Araşdırmalar İnstitutu”nda aparılan başqa bir araşdırma isə yerkökü istehlakının infarkt riskini 30 faiz azalda biləcəyini ortaya qoyub.

• Həzm sistemi

Kök lifli quruluşu ilə bağırsaqlardakı faydalı bakteriyaları qidalandırır. Yerkökü lif və karotenlə zəngin olduğu üçün həzm sistemini gücləndirir, bağırsaqların nizamlı işləməsini təmin edərək bağırsaq sağlamlığını qoruyur.

Öd kisəsi və qaraciyər fermentlərinin tənzimlənməsinə kömək edər.

• Qan şəkəri

Yerkökü digər tərəvəzlərlə müqayisədə yüksək şəkər tərkibinə baxmayaraq diabet xəstələri üçün də faydalıdır. Lifli olması qan şəkərinin seviyyəsini tənzimləyir.

• Çəkiyə Nəzarət

Yerkökü aşağı kalorili və yüksək lifli qidadır. Toxluq hissini artırdığı üçün həddindən artıq yeməyin qarşısını alır və bu da arıqlamağa kömək edir.

• İltihabı azaldır

Xüsusilə Alzheimer, artrit və ürək sağlamlığı ilə əlaqəli xroniki xəstəliklərdə iltihaba qarşı mübarizə edir.

• Xərçəngə qarşı qoruyur

Antioksidantla zəngin olan yerkökü sərbəst radikallara qarşı mübarizədə ən tisirli tərəvəz hesab edilir.

• Hamiləlik dövründə immunitet sistemini gücləndirir

Tərkibində güclü beta-karotin və vitaminlər olan kök hamilə qadınların kalsium və A vitamini ehtiyacını təmin edər. Həm ananın, həm də körpənin immunitet sistemini gücləndirir. İnfeksiyalara qarşı mübarizə edir. Südün keyfiyyətini artırır. Diabetə qarşı qan şəkərinin tənzimlənməsinə və diabetin qarşısının alınmasına kömək edər. Tərkibindəki fosfor isə əzələləri gücləndirərək sancıların qarşısını alır. Qəbizlik şikayətlərini azaldır.

Yerkökü necə istehlak etmək olar?

Gündə 1 və ya 2 orta boy kök istehlak etmək kifayət və faydalıdır.

Kök bişdikdə qida dəyəri dəyişən tərəvəzdir. Çiy kökdə daha çox C və A vitamini, bişmiş yerkökdə isə daha çox beta-karotin var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1833
avatar

Oxşar yazılar