Bakıda ev vermək adı ilə dostunun 132 minini ələ keçirdi
28 noyabr 2024 08:30 (UTC +04:00)

Bakıda ev vermək adı ilə dostunun 132 minini ələ keçirdi

Quba polisi tanışına qarşı külli miqdarda dələduzluq edən şəxsi saxlayıb

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a bildirildiyinə görə Quba Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan müraciət əsasında Tərtər rayonunda qeydiyyatda olmaqla Bakı şəhərində müvəqqəti kirayədə yaşayan Rövşən Baxşalıyevi saxlayıblar.

O, tanışı Rəsul Məmmədovun (ad soyad şərti) etibarından sui istifadə edərək ona Bakı şəhərində ev verəcəyi adı ilə ümumilikdə 132 min manat pulunu mənimsəyib.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə R.Baxşalıyevin barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 801
avatar

Oxşar yazılar