Yeni Zelandiyanın baş naziri Kristofer Laksonun avtomobili Vellinqton hava limanına gedən yolda qəzaya düşüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, avtomobildə həmçinin maliyyə naziri Nikola Uillis də olub.
Məlumata görə, noyabrın 27-də polis maşını Vellinqton hava limanı şossesində baş nazirin “Crown” markalı limuzininə çırpılıb.
Polis bu faktla bağlı araşdırmalara başlayıb.