Almaniyanın keçmiş kansleri Angela Merkelin “Azadlıq” adlı xatirə kitabı ona milyonlar qazandıracaq və pensiyasına təxminən 15 min avro əlavə olunacaq.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Rusiya və Çin də daxil olmaqla 31 ölkədə eyni vaxtda nəşr olunan kitab Almaniyada bir nüsxəsi 42 avroya satılır.
Məlumata görə, Merkel və onun həmmüəllifi, ofisinin rəhbəri Beate Bauman xatirələr üzərində işləmək üçün “iki rəqəmli milyon” məbləğində avans alıblar.
Ekspertlər belə bir ödənişi kifayət qədər haqlı hesab edirlər, çünki kitab artıq özünü qlobal bestseller kimi təsdiqləyib və böyük partiyalar, o cümlədən siyasi təşkilatlar və fondlar ənənəvi olaraq belə kitabları böyük miqdarda alırlar.
Kitabın alman dilində nəşr hüquqları üçün gözlənilən avans təqribən 1,5-1,8 milyon avro təşkil edir ki, bu da Helmut Kolun memuarlarının qonorarından xeyli yüksəkdir.
Bununla belə, güclü marağa baxmayaraq, Merkel öz xatirələri üçün 60 milyon avroluq müqavilə imzalayan Barak və Mişel Obama kimi beynəlxalq fiqurlardan geri qalır.
Merkel və Bauman birbaşa Kiepenheuer & Witsch nəşriyyatı ilə müqavilə bağlayaraq ədəbi agentin əlavə xərclərindən yayınıblar.
Keçmiş kansler noyabrın 28-də ilk avtoqraf sessiyasını keçirib, bundan sonra o, Ştralsunddan başlayaraq Almaniyaya qastrol səfərinə çıxmağı planlaşdırır.
Xatırladaq ki, Almaniyanın keçmiş kansleri Angela Merkelin xatirələrində Trampın Putinlə niyə belə yaxşı rəftar etməsinin təfərrüatlarını açıqladığını yazıb. O, Avropanı genişmiqyaslı hərbi münaqişəyə aparan səbəblər haqqında fikirlərini bölüşdüyü xatirələr yazıb.