Məmişxan adı ilə tanınan iranlı müğənni Əmirin oxuduğu “Gedib mamana demə” mahnısı son günlər müzakirələrə səbəb olub.
Lent.az-ın xəbərinə görə, trend olub bir neçə ölkədə yayılan bu mahnının müəllifi, sən demə azərbaycanlı müğənni Şəbnəm Tovuzludur.
Şəbnəm Tovuzlu Məmişxanın qonaq olduğu verilişə zəng vuraraq “Mamana demə” mahnısının onun “Vəfalım” mahnısı əsasında hazırlandığını deyib.
Şəbnəm mahnıya görə etiraz etmədiyini, halallıq verdiyini bildirib.
Qeyd edək ki, müğənni Əmir Məmişxanın 6 yaşlı bir uşaq obrazı olduğunu, "r" hərfini də qəsdən "y" şəklində tələffüz etdiyini deyib.