Niyə o əməliyyatın adına “Qeysəriyyə” deyirlər?- Belə yaranıb
28 noyabr 2024 11:06 (UTC +04:00)

Niyə o əməliyyatın adına “Qeysəriyyə” deyirlər?- Belə yaranıb

Qeysər kəsiyi üsulu ilə övlad dünyaya gətirmək  indi adi hala çevrilib. Bəs niyə bu əməliyyata qeysər və keysər adı verilib? Axı qeysər  qədimlərdə hökmdar  mənasında işlədilirdi.

Lent.az “Belə yaranıb” rubrikasında bu barədə məlumat verir.

Qeysər kəsiyi (latın dilində caesarea "hökmdar", "imperator" və kəsik deməkdir") hamiləliyi bitirmək üçün tətbiq edilən cərrahi müdaxilədir, qarın boşluğuna müdaxilə edilərək, uşaqlığın yarılması ilə dölün azad edilməsi  qeysəriyyə əməliyyatının adlanır. Adətən tibbi göstəriş əsasında icra edilməsinə baxmayaraq, müasir dövrdə hamilənin arzusu ilə də müdaxilə icra edilir.  Deyilənə görə, “Firdovsi”nin "Şahnamə"sinin qəhrəmanı Rüstəm də məhz qeysər kəsiyi ilə dünyaya gəlib.

Müdaxilnin adının mənşəyi haqqında üç fərziyə mövcuddur. Tarixçi Pliniy yazır ki, Yuli Sezar bu müdaxilə yolu ilə dünyaya gəldiyindən tibb elminə  əməliyyat bu adla düşüb. Qədim Romada imperator qanunlarına görə ölən hamilə qadının uşağını xilas etmək üçün ananın qarnını kəsib uşağı çıxarırdılar.

İlk dəfə uğurlu qeysər kəsiyi əməliyyatı XV əsrdə donuz axtalayan Jakob Nufer adlı isveçrəli tərəfindən Turqau kantonunda icra edilib. Müdaxilədən sonra həyat yoldaşı və uşaq sağ qalmışdılar, sonrakı ildə həyat yoldaşı təzədən hamilə qalaraq təbii yolla dünyaya ekiz uşaq gətirmişdi. 

25 sentyabr 1881 ildə Ferdinand Adolf Kehler ilk dəfə olaraq indiki zamanda tətbiq edilən köndələn kəsiklə qeysər müdaxiləsini icra etmişdi. Günümüzdə qeysər kəsiyi müdaxiləsi təbii doğuşla rəqabət səviyyəsinə gəlib çıxıb. Könüllü ya arzuedilən Sezar kəsiyi əməliyyatlarının sayı getdikcə artmaqdadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 978
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar