Bu insanlar yuxu pozğunluğundan  daha az əziyyət çəkirlər
28 noyabr 2024 13:16 (UTC +04:00)

Bu insanlar yuxu pozğunluğundan daha az əziyyət çəkirlər

Oulu Universitetinin alimləri müəyyən ediblər ki, mərhəmətli insanlar yuxusuzluq və digər yuxu pozğunluqlarından daha az əziyyət çəkirlər. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu, araşdırmanın nəticələrinə əsasən qeyd olunub.

Bu elmi iş üçün alimlər “Young Finns Study”nun məlumatlarından istifadə ediblər. O, hələ 1980-ci ildə başlayıb və bu müddət ərzində orada 1962-1977-ci il təvəllüdlü 3596 nəfər iştirak edib. 1056 nəfərin yuxu keyfiyyəti ilə bağlı məlumatlar təhlil edilib.

Tədqiqatçılar mərhəmətli insanların yuxu pozğunluğundan əziyyət çəkmə ehtimalının bütün digər subyektlərə nisbətən daha az olduğunu qeyd ediblər. Ancaq buna baxmayaraq, depressiyanın olması, xarakter xüsusiyyətlərindən asılı olmayaraq hər hansı bir insanın yuxu keyfiyyətini pisləşdirə biləcəyi də müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 435
avatar

Oxşar yazılar