Bu gün Xalq artisti Sadıq Zərbəliyevin Xətai Tibb Mərkəzində müalicə olunması barədə məlumat vermişdik.
Xətai Tibb Mərkəzindən Lent.az-a verilən məlumata görə, Xalq artisti Sadıq Zərbəliyev noyabrın 15-də Xətai Tibb Mərkəzinin Reanimasiya şöbəsinə qəbul edilib.
Xəstəyə ürəyin işemik xəstəliyi, ağciyər-ürək çatışmazlığı, sağtərəfli plevro-pnevmoniya diaqnozu təyin olunub.
Hazırda Terapiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.
Bu gün ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.
***
saat 12:24
Tanınmış qoşanağara ustası, Xalq artisti Sadıq Zərbəliyev xəstələnib.
Lent.az xəbər verir ki, sosial şəbəkələrdə Xalq artistinin Xətai Tibb Mərkəzində müalicə aldığı bildirilib.
Məlumata görə, o, terapiya şöbəsində müalicə alır. Bir neçə gün xəstəxanada qalan musiqiçinin vəziyyətinin artıq normala döndüyü qeyd edilib.
Xalq artisti xəstəxanaya gələrkən halının pis olduğunu, indi özünü yaxşı hiss etdiyini deyərək, həkimlərə təşəkkürünü bildirib.