Yerdə bardaş qurub oturanların ÖMRÜ UZANIR
14 yanvar 2023 16:14 (UTC +04:00)

Yerdə bardaş qurub oturanların ÖMRÜ UZANIR

Döşəmədə əyləşmək vərdişi insanın ömrünü uzada bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, rusiyalı həkim Tatyana Zaxarova bunun uzun ömürə necə təsir etdiyini açıqlayıb.

Belə ki, 2000 nəfəri əhatə edən araşdırmada tez-tez döşəməyə əyilib əyləşən və qalxan adamlarda müsbət dəyişikliklər baş veridiyi sübut olunub:

"Döşəmədə bardaş qurub oturmaq Şərq, Yaponiya, İtaliya, Sibir, Yunanistan əhalisində vərdişdir. Bu zonalar da uzunömürlüləri ilə seçilir. Həkimlər bu səbəbdən insanlara boş vaxt olan kimi yerdə çöməlib əyləşmək, bardaş quraraq dincəlməyi, film seyr etməyi tövsiyə edir. Dünyanın ən uzunömürlüləri Yaponiyanın Okinava əyalətindədir, orda insanlar döşəmədə əyləşib çay içir, dincəlir.

Bu sadə hərəkət gündəlik təkrarlandıqca bədənin aşağı hissəsini möhkəmlədir, onurğanı hərəkətləndirir, bədənin tarazlığını yaxşılaşdırır ki, yaşlaşdıqda gəzəndə və oturub qalxanda zəifliyin qarşısını alır.

Əgər insan döşəməyə əyləşib əlləri və dizlərini yerə dayamadan ayağa qalxmağı bacarırsa, bu onun çox yaşayacağına dəlalət edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2322
avatar

Oxşar yazılar