“Yeni Klinika” tibb mərkəzi
25 avqust 2021 19:01 (UTC +04:00)

“Yeni Klinika” tibb mərkəzi

“Yeni Klinika”da peyvənd vurdurmaq üçün YENILIK

COVID-19-la mübarizə tədbirləri çərçivəsində vaksinasiya prosesinin sürətləndirilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə 16 iyul 2021-ci il tarixdən “Yeni Klinika” tibb mərkəzində canlı növbə əsasında peyvəndlənmə prosesinə başlanılıb.

Lent.az-ın xəbərinə görə, bu barədə TƏBİB-in məlumatında bildirilib.

Qeyd olunub ki, son günlər virusa yoluxma sayında artımın müşahidə edilməsi, eyni zamanda canlı növbələr zamanı yaranan sıxlıqlar nəzərə alınaraq avqustun 26-dan etibarən canlı növbə randevu sistemi ilə əvəz ediləcək: “Avqustun 26-dan rendevu.its.gov.az saytına daxil olaraq öncədən qeydiyyatdan keçməklə "Yeni Klinika” tibb mərkəzində peyvənd olunmaq üçün (Coronovac və Pfizer) növbə götürə bilərsiniz.

Qeyd olunanları nəzərə alaraq peyvənd olunmaq üçün yalnız rendevu.its.gov.az saytından növbə götürərək tibb müəssisəsinə müraciət etməyinizi xahiş edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10338
avatar

Oxşar yazılar