Səbirsizliklə gözlənilən 2023-cü ilə çox az qalıb.
Lent.az-ın məlumatına görə, Yeni il gecəsi qida rasionuna fikir vermək lazımdır.
Qidalanma və pəhriz Mütəxəssisi Tuba Ustaoğlu bildirib ki, mədə xəstəliklərinin və qəfil qan şəkərinin yüksəlməsinin qarşısını almaq üçün Yeni il gecəsi bəzi qidalardan uzaq durmaq lazımdır.
Onun sözlərinə görə, Yeni il günü, adətən hər kəs çoxlu yemək istehlak etmək istəyir:
“Yeni il günü gün ərzində ac qalmaq edilən ən böyük səhvlərdən biridir. Yemək seçərkən fərqli qidalara üstünlük verməliyik. Əsasən yüngül və tərkibində tyağ miqdarı az olan qidalara üstünlük verməliyik. Yemək yeyərkən ayran və ya su içməliyik. Çünki qazlı içkilər mədədə problem yarada bilər. Yediyimiz hər bir yem\yin miqdrına diqqət etməliyik. Hər yeməkdən çox az miqdarda yeməliyik”.