Rahat yuxuya getməyə mane olan səbəblərdən biri də telefondur.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, yataqda olarkən telefondan, komputerdən istifadə etmək, televizora baxmaq yuxunun keyfiyyətini aşağı salır və rahat yuxuya mane olur.
Bundan başqa yataqda olarkən yuxunu gözləmək də məsləhət görülmür. Belə ki, mütəxəssislər ancaq yuxunun gəldiyi zaman yatağa uzanmağı tövsiyə edir.