"Barselona"nın əsas transfer hədəfi  məlum oldu
17 iyun 2025 15:15 (UTC +04:00)

"Barselona"nın əsas transfer hədəfi məlum oldu

"Barselona"nın prezidenti Joan Laporta və idman direktoru Deku "Liverpul"un kolumbiyalı cinah oyunçusu Luis Diası yay transfer pəncərəsində Kataloniya klubunda görmək istəyirlər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, "Barselona" rəhbərliyi futbolçu üçün 65-80 milyon avro ödəməyə hazırdır. 

Əgər transfer baş tutmasa, kataloniyalılar daha əvvəl "Barselona"ya keçmək arzusunu bildirən "Atletik Bilbao"nun futbolçusu Niko Uilyamsı transfer etmək niyyətindədir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 322

Oxşar yazılar