Rusiya ötən gecə Ukraynanın Kiyev, Odessa, Çerniqov, Nikolayev, Jitomir, Kirovoqrad və Zaporojye vilayətlərini raket və pilotsuz uçuş aparatları ilə vurub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hücum nəticəsində azı 15 nəfər ölüb, 75 nəfər yaralanıb. Ukrayna lideri Zelenski 440-dan çox dron və 32 raketin iştirak etdiyi hücumu “Kiyevə edilən ən dəhşətli hücumlardan biri” kimi qiymətləndirib.
İsrail və İran arasında 5 gündür davam edən müharibə Yaxın Şərqi qarmaqarışıqlığa çevirdiyi bir vaxtda Rusiya ötən gecə müharibə başlayandan bəri Ukraynaya qarşı ən qanlı hücumlarından birini həyata keçirib.
Rusiya ordusu Ukraynanın Kiyev, Odessa, Çerniqov, Nikolayev, Jitomir, Kirovoqrad və Zaporojye vilayətlərinə 440-dan çox PUA və 32 raketlə zərbələr endirib.
Zelenski Kiyevin səkkiz müxtəlif rayonunda dağıntıların baş verdiyini və dağıntılar altından insanların xilas edilməsi işlərinin davam etdiyini qeyd edib.