“Azərsun Holdinq” növbəti dəfə sertifikatla təltif olundu
17 iyun 2025 15:06 (UTC +04:00)

“Azərsun Holdinq” növbəti dəfə sertifikatla təltif olundu

Ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun
Holdinq” bir ilkə imza ataraq ISO 10002:2018 Müştəri Məmnuniyyəti
İdarəetmə Sistemi Sertifikatını əldə edib.

Sertifikat müştəri məmnuniyyətinin artırılması və şikayətlərin effektiv idarə
edilməsinə görə təqdim olunur. Eyni zamanda müştəri şikayətlərinin şəffaf,
sistemli və müştəri yönümlü şəkildə idarə olunduğunu təsdiqləyir və
şirkətlərə bu sahədə davamlı inkişaf üçün geniş imkanlar yaradır.

Bu uğur şirkətlər qrupunun müştəri xidmətlərinə verdiyi önəmin və
keyfiyyətə sadiqliyinin bariz nümunəsidir. Şirkət, müştərilərinə ən yüksək
standartlarda xidmət göstərmək və onların məmnuniyyətini daim artırmaq
məqsədilə fəaliyyətlərini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 286

Oxşar yazılar